Qənirə Paşayeva Ermənistan rəhbərliyinin cinayətkar əməlləri ilə bağlı müraciət göndərdi

Qənirə Paşayeva APA ölkələrinə işğalçı Ermənistanın vandalizm əməlləri ilə bağlı müraciət ünvanlayıb.

XALQ.AZ xəbər verir ki, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva nümayəndə heyəti adından Asiya Parlament Assambleyasına üzv ölkələrə işğalçı Ermənistanın iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar, ön cəbhə kəndlərində mülki vətəndaşları hədəfə almaları kimi vandalizm əməlləri, işğalçı Ermənistan rəhbərliyinin cinayətkar əməlləri barədə geniş məlumatların öz əksini tapdığı müraciət ünvanlayıb. Bu müraciət artıq Asiya Parlament Assambleyası baş katibliyi vasitəsilə Assambleyanın bütün üzv ölkələrinin nümayəndə heyətlərinə göndərilib.