Qənirə Paşayeva hökumətə müraciət etdi

Deputat Qənirə Paşayeva Milli Məclisdə hökumətin iştirakı ilə keçirilən müzakirələrdə çıxış edərək Qarabağ Qaziləri İctimai Birliyi və Qarabağ müharibəsi əlillərinin xahişini hökumətin nəzərinə çatdırdı.

XALQ.AZ xəbər verir ki, Qənirə Paşayeva dedi ki, dövlət başçısına və hökumətə müraciət ünvanlanıb: “Onlar cənab prezidentin sərəncamı ilə şəhid ailələrinə ödənilən 11 min manatın ödənilməsinə görə ölkə başçısına təşəkkür edirlər. Amma bir məsələ ilə bağlı xahiş edirlər ki, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və sağlamlığını itirmiş hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı məsələyə baxılsın. Ümid edirlər ki, dövlətimizin imkanları artıqca bu məsələ də müsbət həllini tapacaq”.


Qənirə Paşayeva əlavə etdi ki, söhbət 1997-ci ilədək sağlamlığını itirmiş hərbi qulluqçular və Qarabağ əlillərindən gedir.