Qənirə Paşayeva İrene Natividadla görüşüb

Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumat verib

 

Millət vəkili, siyasi Elmlər Doktoru Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb. Görüşdə Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verlib. Qarabağ həqiqətləri ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidenti məlumatlandırılıb. Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva “sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq” deyib. Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib və Azərbaycan münayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığının da məmuniyyətverici olduğunu deyib və Azərbaycan qadınlarına uğurlar diləyib. O, bildirib ki, qadınların bütün sahələrdə fəallığının genişlənməsində rol model qadınların üzərinə böyük vəzifələr düşür və bu cür sammitlərdə də məqsədin qadınların bütün sahələrdə rolunun genşlənməsinin dünya üçün nə qədər önəmli olduğuna diqqət çəkmək, müsbət nəticələrin daha da geniş yayılmasına dəstək göstərmək olduğunu bildirib. Görüşdə Azərbaycandan bir qrup fəal qadın – Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, iş qadınları Pərvanə Mustafayeva, Aynur Ağasiyeva, Ramilə Şirinova iştirak ediblər.