Qənirə Paşayeva: “onların bu addımına cavab verilməlidir”

Qenire

Millət vəkili Qənirə Paşayeva ermənilərin cəbhəyanı bölgələrdə artıq mülki şəxsləri nişan aldığını bildirib. Deputatın sözlərinə görə, ermənilərin bu əməlləri barədə Strasburqda Avropa Şurasının iclasında qaldırılacaq. Bu çirikin əməllərin davam etməməsi üçün bütün beynəlxalq təşkilatlar qarşısında ciddi şəkildə məsələ qaldırılıb, onların bu addımına cavab verilməlidir.

Q.Paşayeva həmçinin bildirib ki, ermənilərin mülkü şəxsləri vura bilməməsi üçün evlərin yanında təhlükəsizlik divarları tikilir. Bu tikintiləri sürətləndirmək lazımdır. Çünki dünən gecə snayperin hədəfinə çevrilən 72 yaşlı Qaraqız Nağıyeva düz evinin qarşısında vurulub”