Qənirə Paşayeva qanvermə aksiyasında iştirak etdi – Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın qan köçürülməsinə ehtiyac duyan və qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə çağırışına və TƏBİB rəhbərliyinin bu məzmunda çıxışına cavab olaraq, millət vəkili Qənirə Paşayeva Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilmiş qanvermə aksiyasında iştirak edib.

XALQ.AZ xəbər verir ki, o, hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qan verib. Millət vəkili bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu təşəbbüs və çağırışı dünyada koronaviorus pandemiyasının geniş yayıldığı bir dövrdə olduqca önəmli və zəruridir.

Belə çətin məqamlarda vətəndaşlar belə nəcib və humanist aksiyada iştirak etməklə, neçə-neçə həyatı xilas etmiş olacaqlar.

Odur ki, millət vəkili koornavirus pandemiyası dövründə qaydalara uyğun olaraq, çölə çıxma icazəsi olan vətəndaşlara çağırış edib və onların bu humanist aksiyada fəal olmalarını xahiş edib.#könüllüdonorolhəyatxilaset #qanverhəyatxilaset

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın qan köçürülməsinə ehtiyac duyan və qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə çağırışına və TƏBİB rəhbərliyinin bu məzmunda çıxışına cavab olaraq, millət vəkili Qənirə Paşayeva Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilmiş qanvermə aksiyasında iştirak edib. O, hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qan verib. Millət vəkili bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu təşəbbüs və çağırışı dünyada koronaviorus pandemiyasının geniş yayıldığı bir dövrdə olduqca önəmli və zəruridir. Belə çətin məqamlarda vətəndaşlar belə nəcib və humanist aksiyada iştirak etməklə, neçə-neçə həyatı xilas etmiş olacaqlar. Odur ki, millət vəkili koornavirus pandemiyası dövründə qaydalara uyğun olaraq, çölə çıxma icazəsi olan vətəndaşlara çağırış edib və onların bu humanist aksiyada fəal olmalarını xahiş edib.#könüllüdonorolhəyatxilaset #qanverhəyatxilaset

Gepostet von Ganire Pashayeva am Freitag, 10. April 2020

XALQ.AZ