Qənirə Paşayeva seçicilərlə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzda seçicilər, o cümlədən şəhid ailələri və qazilərlə görüşüb.

XALQ.AZ xəbər verir ki,onların qayğılarını öyrənən Millət vəkili, bir sıra həllivacib məsələ ilə bağlı əlaqədar dövlət orqanları ilə telefonla əlaqə saxlayıb, bəzi məsələlərlə bağlı məktubla müraciət göndərib. Q.Paşayeva 44 günlük müharibədə qazanılmış tarixi zəfərdən danışaraq, bu zəfərin əldə edilmsində fədakarlıqlar göstərərək şəhid olanların ailələrinin, qazilərin qayğılarının həllində ali dövlət rəhbərliyinin göstərmiş olduğu örnəyi hər bir məmur, deputat üçün yolgöstərən adlandırıb : “Sizin qayğınız bizim qayğımızdır. Biz hər bir seçicinin, hər vətəndaşın qayğılarını öz qayğımız bilmədən ümumvətəndaş, ümumölkə inkişafına töhfə verə bilmərik. Biz dövlət-xalq birliyinin təntənəsini Vətən Müharibəsində gördük. Bu birlik bizim xalqın xarakterinin bir göstəricisidir”. Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşlərdən sonra, Q.Paşayeva, görüş iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Нет описания.
Нет описания.
Нет описания.