Qənirə Paşayeva təklif verib

26

 

Bu gün parlamentin iclasında millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamının Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə alqışlandığını və müsbət qəbul olunduğunu deyib. Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, həmin hökumətin baş naziri olan Nəsibbəy Yusifbəylinin qəbrinin bugünədək harda olması dəqiq bilinmir:

“Bu istiqamətdə dövlət səviyyəsində geniş araşdırmalara, tədqiqatlara ehtiyac var. Mən təklif edirəm ki, Nəsibbəy Yusifbəyliyə ya Bakıda, ya da Gəncədə heykəl və ya abidəsi ucaldılsın və onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha geniş addımlar atılsın. Nəsibbəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və baş nazirlərindən biri olaraq millətimiz üçün böyük işlər görmüş böyük şəxsiyyətlərdən biridir və onun xatirəsinin yüksək səviyyədə əbədiləşdirilməsi və onun gənc nəsillərə daha geniş tanıdılması çox önəmlidir”.

Qənirə Paşayeva bildirib ki, ondan əvvəl çıxış etmiş həmkarları Fazil Mustafanın Nuru Paşanın da xatirəsinin əbədiləşdirilməsi və Qüdrət Həsənquliyevin “Sahil” bağının “Cümhuriyyət bağı” adlandırıması ilə bağlı təkliflərini dəstəkləyir və hesab edir ki, bu, tariximiz, bugünki və gələcək nəsillərimiz çox vacib və əhəmiyyətlidir.