Qənirə Paşayeva tanınmış aşığı təbrik etdi-Fotolar

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva aşıq Çingiz Mehdipuru 60 illik yubileyi münasibətilə təbrik edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış aşıq, “Dalğa” musiqi qrupunun, “Rövşən” musiqi məktəbinin qurucusu Çingiz Mehdipurla Mədəniyyət komitəsində görüşüb.

XALQ.AZ xəbər verir ki, Tanınmış sənətkarı 60 illik yubileyi münasibətilə təbrik edən Q.Paşayeva onu aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq kimi məşhur olduğunu bildirib. Aşıq Çingiz Mehdipurun gənc istedadların üzə çıxması və onların sənətin sirlərinə yiyələnməsi istiqamətində fəaliyyətini minnətdarlıqla qeyd edib. Q.Paşayeva yubilyara tanınmış rəssam Sabir Çopuroğlunun müəllifi olduğu rəsm əsərini hədiyyə edib. Aşıq Çingiz Mehdipur Q.Paşayevaya səmimi qəbul və təbrik üçün təşəkkür edib. Görüşdə RHİM İB sədri Arzu Bağırova və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu iştirak edib.

Нет описания.
Нет описания.