Qənirə Paşayeva Türk dünyasına çağırış etdi

Qenire

Milli Məclisin deputatı Qənirə Paşayeva Türk dünyasına birlik və bərabərlik çağırışı edib.

XALQ.AZ xəbər verir ki, Türk Asiya Strateji Araşdırmalar MərkəziNİN  “TASAM”  təşkilatçılığı ilə Türkiyənin Ədirnə şəhərində keçirilən III Dünya Türk Forumuda  “Türk-erməni əlaqələrində mövcud durum, problemlər və həlli yolları”  mövzusu ətrafında müzakirələrdə çıxış edən Q.Paşayeva bildirib ki, dünyanın hər yerində ermənilər türk düşmənliyi üzərində tərbiyə olunurlar.

Erməni diasporu öz milli kimliyini qoruyub saxlamaq üçün böyüyən gənclərə türkləri düşmən olaraq öyrədirlər. Bununla yanaşı Ermənistanda da  gənclərə ailələrdən başlayaraq məktəblərə qədər hər yerdə türklərin düşmən olduğu ciddi şəkildə təbliğ olunur.

Dünyanın hər yerində yaşayan türk kökənli insanlar  bunu  unutmamalı və  bu məsələyə ciddi yanaşmalıdır deyən millət vəkili ermənilərin  hər  zaman  əsl  gerçəklərin  ortaya  çıxacağı  toplantılardan  qaçdıqlarını deyib.

Çünki həm qondarma erməni soyqırımı ilə bağlı məsələlərdə, həm Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzularda nə qədər haqsız olduqlarını yaxşı bilirlər.

Lakin  nə  işğalçılıq siyasətlərindən nə də yalanlardan əl çəkmirlər və dünyanın hər yerində yaşayan türk insanı bu gerçəklər bilməli və onların bu əməllərinə qarşı birlikdə  daha sərt və daha geniş mübarizə aparılmalıdır.

Q. Paşayeva dünyanın 60 ölkəsindən gələn türk ziyalılarına müraciətlə Ermənistanın işğalçılıq siyasətinə və erməni yalanlarına qarşı mübarizədə nə qədər böyük bir güc olduğumuzu bütün dünyaya göstərməliyik, deyib.

Ermənistanın BMT Təhlükəsizlik Şurası, AŞPA  və bir sıra digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələri yerinə yetirmədiyini, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədiyini, erməni diasporu və lobbisi ilə birlikdə qondarma erməni soyqırımı yalanları ilə dünyada  Türkiyə və Türk dünyası əleyhinə təbliğatı daha da artırdığını, 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərəcəyini deyən Q.Paşayeva bu məsələdə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk kökənli insanlar birgə mübarizəsini daha da artırmalı, bu yalanların qarşısını almaq üçün Qarabağ, Xocalı həqiqətlərinin daha geniş yayılmasına birlikdə nail olmalıyıq, deyib.

Ermənistanın, ermənilərin Azərbaycan torpaqlarını işğal etməklə, Xocalı Soyqırımızı törətməklə bərabər bu günə kimi Türkiyənin də ərazi bütövlüyünü tanımadığını, ərazi iddiası irəli sürdüyünü, Ağrı dağını Ararat adı ilə gerbinə qoyduğunu, qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə və türk millətinə qarşı böhtan və yalan kampaniyasını davam etdirdiyini deyən millət vəkili harda doğulub, harda yaşamasından asılı olmayaraq heç bir türk insanı bu həqiqətləri unutmamalı, ermənilərin bu addımları ilə əslində bütün türk millətinə qarşı, hamımız əleyhinə fəaliyyətini apardığını yaxşı bilməlidir və biz hamımız birlikdə buna qarşı mübarizə aparmalıyıq, deyə bildirib.

Qarabağ probleminin tarixi köklərini, yaranma səbəblərini hər bir türk insanı bilməlidir və görməlidir ki, bu problem əslində təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və biz harda doğulub, harda yaşamasından asılı olmayaraq bütün türk kökənli qardaş və bacılarımızın bu məsələdə daha sıx şəkildə Azərbaycanın yanında olmasını gözləyirik.

Dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər deyən Q.Paşayeva:  “Bu yalanların qarşısının alınmasının tək bir yolu – Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır. Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik.

Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə əlavə edib.

Millət vəkili forumda dünyanın hər yerindən gələn türk ziyalılarına müraciət edərək “sizin, bizim, buradakı və ölkələrimizdəki, toplumlarımızdaki aydınların üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür və biz hamımız bu istiqamətdə daha çox işləməliyik” deyib.

O, diaspor təşkilatlarımızın də milli məsələlərdə ortaq fəaliyyəti daha da artırmalarının vacibliyinə toxunub və “bir türk toplumunun ağrı-acısı, problemi ilə bağlı tədbirlərlə, həqiqətlərimizin yayılması ilə bağlı toplantılarda, işlərdə hansı Türk dövləti və toplumunun mənsubu olmasından, harada doğulmasından asılı olmayaraq bütün türk kökənli diaspor təşkilatları dəstək verməlidir və həmin məsələnin arxasında nə qədər böyük bir güc olduğumuzu hamıya göstərməliyik deyib.