Qənirə Paşayeva Türkiyənin baş naziri ilə görüşdü – FOTO

 

Millət vəkili Q. Paşayeva Türkiyədə keçirilən beynəlxalq konfrans çərçivəsində baş nazir Bineli Yıldırımla görüşüb.

XALQ.AZ xəbər verir ki, hər zaman Azərbaycanın yanındayıq deyən Türkiyənin baş naziri Binəli Yıldırıma millət vəkili Q.Paşayeva “biz də hər zaman Türkiyənin yanındayıq. Çünki Azərbaycanımızla yanaşı qardaş Türkiyə də bizim üçün Vətəndir. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Hər zaman Azərbaycanla bərabər Türkiyənin də güclənməsini istəyir və dua edirik. Çünki biz birlikdə bu çoğrafiyada üzüntü, kədər içində yaşayan, müxtəlif dövlətlərin ərazisində yaşayan milyonlarla qardaş-bacılarımız üçün ümid, pənah qapısıyıq ” deyib.
Türkiyənin gücü Azərbaycanın Azərbaycanın gücü Türkiyənin güçüdür deyən baş nazirlə söhbətində millət vəkili Q.Paşayeva gənc nəsillərimizin məhz bu ruhda yetişməli olduğunu  vurğulayıb. “1 millət, 2 dövlət! Allah hər zaman Azərbaycanımızı,Türkiyəmizi qorusun, birlik və bərabərliyimizi daha da gücləndirsin!” deyən millət vəkili Q.Paşayeva ilə söhbət zamanı baş  nazir Azərbaycandakı qardaş-bacılarımıza salam və sevgilərimizi söyləyin deyib.
Millət vəkili Q. Paşayeva beynəlxalq konfrans çərçivəsində həmçinin Türkiyənin naziri Faruk Çelik, TRT Genel Mudiri Şenol Goka ilə də görüşüb. TRT Genel Müdiri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini deyib. Qarabaö həqiqətlərinin daha da geniş yayılmasında KİV böyük rolu və missiyasından danışan millət vəkili Q. Paşayeva görüşün sonunda Şenol Goka ve Faruk Çelikə həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hediyye edib. Millət vəkili Q.Paşayeva həmçinin Türkiyənin tanınmış televiziyaçı və jurnalistləri  NTV kanalının aparıcı simalarından Oğuz Haksevər və Sabah qəzetindən  Şeref Oğuzla və EKO Avrasiya təşkilatıın rəsmiləri ilə də  görüşüb, onlarla Azərbaycan, iki qardaş ölkə arasında münasibətlər və Dağlıq Qarabağ problemi ilə bağlı fikir mübadiləsi aparıb və “Karabağ hikayeleri” kitabını hediyyə edib.
1