Qənirə Paşayeva vətəndaşların haqlı narazılığı ilə bağlı çağırış etdi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edərək cəmiyyəti bu mövzuda narahat edən məsələləri diqqətə çatdırıb və müvafiq qurumlara çağırış edib. Cinayət məsələlərində hər bir vətəndaşımız dövlət hesabına bütün məhkəmə instansiyalarında dövlət hesabına vəkillə təmin olunur. Amma mülki işlərdə vətəndaşlarımız bu hüquqdan yalnız Ali Məhkəmədə istifadə edə bilirlər deyən millət vəkili kasıb insanların digər məhkəmə instansiyalarında da dövlət hesabına vəkillə təmin olunması məsələsini qaldırıb. Millət vəkili layihədə nəzərdə tutulan cərimələr və onların məbləği məsələsinə də etiraz edərək bu narazılıqları artıra bilər deyib. Q. Paşayeva ikinci oxunuş müzakirələrinə qədər bu məsələyə təkrar baxılması təklifi ilə çıxış edib. Q. Paşayevanın cəmiyyəti narahat edən məsələlər ətrafında Milli Məclisdə çıxışını buradan izləyə bilərsiniz: