Qərb Ukraynaya silah yardımına başladı

95

 

Ukraynanın müdafiə naziri Valeri Qeletey Qərbin ölkəsinə hərbi yardıma başladığını bəyan edib.

XALQ.AZ “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Qeletey bu yardımın ölkənin ərazi bütüvlüyü və suverenliyini pozmaq istəyən rusiyayönümlü separatçılarla mübarizədə istifadə olunacağını bildirib.

Müdafiə naziri yardımın Hərbi hava qüvvələrindən müdafiə sistemlərindən başlandığını vurğulayaraq Donbas üzərində nəzarəti ələ almaq üçün Kiyevin bu sistemlərə böyük ehtiyacının olduğunu deyib.

Daha sonra Valeri Qeletey Qərbin hərbi yardımların getdikcə daha da artacağını və başqa silah sistemlərinin də Ukrayna ordusunun nəzarətinə veriləcəyini vurğulayıb.