“Qaçaq Mayıl xalqımızın erməni-bolşevik hücumlarından qorunmasında mühüm rol oynayıb”

Vahid Əhmədov: “O, 1918-ci ilin mart soyqırımı zamanı erməni faşistlərinə ağır zərbələr vurub, on minlərlə soydaşımızn həyatını xilas edib”

“Azərbaycanın qəhrəman oğlu Qaçal Mayıl xalqımızın erməni-bolşevik hücumlarından qorunmasında mühüm rol oynayıb, soydaşlarımızın erməni faşistlərindən müdafiəsində şəxsi igidlik nümunələri göstərib”.

Bunu   açıqlamasında Qaçaq Mayılın nəvəsi, millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, Qaçaq Mayılın 1918-ci ilin mart soyqırımında ölkəmizin şimal rayonlarında erməni quldur dəstələrinə qarşı apardığı mübarizə, on minlərlə insanımızn soyqırımından qorunmasını təmin edib:

“Qaçaq Mayıl XX əsrin əvvəllərində, xüsusilə də 1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən erməni-bolşevik ittifaqına qarşı qəhrəmancasına mübarizə aparan, bu mübarizədə böyük uğurlara nail olan tarixi şəxsiyyətimizdir. Məhz onun fədakarlığı, mübarizəliyi, cəsarət və qətiyyəti sayəsində 1918-ci ilin mart soyqırımı zamanı şimal bölgələrimizdəki on minləlrə insan erməni terrorundan sığortalanmış, erməni quldur dəstələrinə ağır zərbələr vurulmuşdur.

Qaçaq Mayıl ölkəmizin XI Qızıl Ordu tərəfindən işğalına da ciddi müqavimət göstərmiş, azsaylı dəstəsi isə bolşevik ordusunun üzərinə cəsarətli həmlələr təşkil etmiş, onların ölkə içərilərinə doğru sürətləi irəliləməsinin qarşısını almaq üçün ciddi manevrtlər etmiş, bəzi ərazilərdə dəmir yolu xəttinin sökülməsini, düşmənə qarşı müxtəlif tələlərin qurulmasını təmin etmişdir. Qaçaq Mayılın xalqımız qarşısında xidmətləri unudulmazdır və onun xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaqdır”.

Millət vəkili Qaçaq Mayılın qızı Seyrə xanımın  101 yaşında vəfat etməsindən kədərləndiyini bildirib:

“Mən Seyrə xanımın vəfatından dərin təəssüf hissi keçirir, onun yaxınlarına Allahdan səbr diləyirəm. Seyrə xanım bizə böyük qəhrəmanımızn yadigarı – Qaçaq Mayıla layiq böyük şəxsiyyət idi. Onun yoxluğu Seyrə xanımı tanıyan hər kəs tərəfindən daim hiss ediləcək, onun işıqlı siması hər zaman sevgi hissi ilə xatırlanacaqdır.

Allah rəhmət eləsin!”