Qadın sevgilisini ayaqqabı ilə vurub öldürdü

Ayaqqabi

ABŞ-da baş verən bu cinayət dünyada hər kəsin nəzər nöqtəsindədir.
Xalq.az-ın məlumatına görə, 40 yaşlı qadın 59 yaşlı sevgilisini xüsusi amansızlıqla qətlə yetirib. Lakin qadın sevgilisini silah işlətmədən, ayaqqabı vasitəsilə öldürüb.

Belə ki, Anna Trijola 59 yaşlı sevgilisi Stefan Andersonu xüsusi amansızlıqla öldürüb. Anna Andersonu 14 sm. dabanı olan ayaqqabı ilə öldürüb. Cinayət gecə saatlarında baş verib.

Hadisə baş verən gecə hər iki cütlük sərxoş olub. Qadın dabanlı ayaqqabısı ilə kişinin başına 25 zərbə endirərək, onu vəhşicəsinə öldürüb.

Polis tərəfindən saxlanılan qadın cinayətini etiraf edib.

Qadın məhkəmə qarşısında verdiyi ifadədə hadisə zamanı sərxoş olduğunu bildirib. Hadisə şahidləri və araşdırmalar zamanı məlum olub ki, həmin gecə Anna ilə Anderson möhkəm dalaşıblar. Sərxoş kişi sevgilisini döymək istəyib. Bu zaman Anderson yıxılıb. Bundan istifadə edən zaman Anna kişininüstünə çıxıb və ayaqqabısının dabanı ilə onun başına və üzünə öldürücü zərbələr endirib.

Məhkəmə Anna Trijolanın ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.