Qadınlar avtobusda kişi üstündə saçyolduya çıxdı

Avtobus

Ötən gün Bakıda sərnişin avtobusunda qadınlar saçyoldusuna çıxıblar. XALQ.AZ-ın məlumatına görə, hadisə Biləcəri qəsəbəsi, “Nərimanov” metrosu istiqamətində hərəkətdə olan 202 saylı xətt avtobusunda baş verib.

Belə ki. avtobus “Gənclik” metrosu qarşısında dayanan zaman avtobusa təqribən 30-33 yaşı olan qadın minib. Qadın avtobusda dayanmış 40 yaşlı qadın və həyat yoldaşının yanında dayanıb. O, tutacaqdan tutmaq istərkən əli kişinin əlinə dəyib. Kişi dərhal əlini çəkib. Lakin bu hal bir neçə dəfə təkrarlanıb. Buna dözməyən kişinin həyat yoldaşı deyinməyə başlayıb.

Qadın əvvəlcə ərinin əlinə toxunana qadını söyüb. “Adamın abır-hayası olar. Utanmırsan, bayaqdan ərimdən əl çəkmirsən?”, – deyə qadın qabağındakına açıqlanıb.

Buna cavab olaraq digər qadın da səsini yüksəldib. “Qoca arvadsan, utanmırsan mənə şər atırsan. Elə bil bunun ərinə qalmışam. Öz ərimə nə gəlib, neynirəm sənin bədbəxt ərini qoca kaftar”.

Bunu eşidən 40 yaşlı qadın ərinin “qeyrəti”ni qorumaq üçün həmcinsinin üstünə hücum edib və qadınlar əlbəyaxa davaya başlayıblar. Digər sərnişinlər onları ayırmağa çalışsalar da, qadınları sakitləşdirmək mümkün olmayıb. Hətta avtobusdakı digər sərnişinlərədə xəsarət dəyib.

Maraqlısı odur ki, qadınların uğrunda dalaşdığı kişiyə bu hadisə cüzi də olsa təsir etməyib və o davaya müdaxilə etməyib. Qadınları digər sərnişinlərin köməyi ilə ayırmaq mümkün olub.

Ərlə arvad “Azadlıq Prospketi” metrostansiyasının yaxınlığında, digər qadın isə Biləcəri qəsəbəsində avtobusdan düşüblər.