Qafan-İrəvan reysinin həyata keçirilməsi mümkün olmayıb

Bu gün reallaşmalı olan Qafan-İrəvan reysi baş tutmayıb.

Bununla bağlı Ermənistan KİV-də məlumat verilib.

Qeyd olunur ki, İrəvandan təyyarə gəlmədiyi üçün Qafan-İrəvan reysinin bu gün həyata keçirilməsi mümkün olmayıb.

Reyslə uçacaq sərnişinlər İrəvana getmək üçün taksidən və ya öz şəxsi avtomobillərindən istifadə etməli olublar.

Xatırladaq ki, Ermənistan hökuməti bu həftənin əvvəlindən İrəvandan Azərbaycanla həmsərhəd olan Qafan şəhərinə müntəzəm reyslərin həyata keçirilməsinə başlanıldığını bildirib.

Bakı isə buna etiraz edib və Qafan aeroportu sərhədə çox yaxın yerləşdiyi üçün Ermənistanın bu qərarını Azərbaycanla razılaşdırmalı olduğunu vurğulayıb.