Qafarova gürcü həmkarı ilə koronanı müzakirə etdi

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze və Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

XALQ.AZ xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Parlament sədrləri Gürcüstan və Azərbaycanda qlobal pandemiya kontekstində həyata keçirilən təbdirlər, ictimai sağlamlıq və iqtisadi məsələləri müzakirə ediblər.

Söhbət zamanı parlamentlərin fəaliyyəti və COVID-19 virus infeksiyasına qarşı mübarizədə qanunverici orqanların iştirakı məsələsinə də toxunulub.

A.Talakvadze azərbaycanlı həmkarına dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycana koronavirusla mübarizənin uğurla başa çatdırmağı arzulayıb.