Qafqaz universitetində yanğın

Yangin

Fövqəladə Hallar Nazirliyi Qafqaz universitetində baş verən yanğınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xırdalan şəhərində beşmərtəbəli inzibati binanın yataqxanasının 3-cü mərtəbəsində ümumi sahəsi 25 kv.m olan mətbəxində 1 ədəd soyuducusu yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər tələbə yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yataqxana yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmovun ANS-ə verdiyi məlumata görə, bufetdə yerləşən soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib.