“Qalatasaray” 600 min avroluq qapıçını aldı

Qapici

“Qalatasaray” “Portu”nun heyətində çıxış edən qapıçı Sinan Bolatı transfer edib.

XALQ.AZ-ın məlumatına görə, İstanbul təmsilçisi Türkiyə yığmasının formasını da geyən qapıçı ilə razılığa gəlib. Razılığa əsasən Sinan Bolat “Qalatasaray”da icarə əsasında çıxış edəcək.

“Sarı-qırmızılılar” 25 yaşındakı qapıçı üçün klubu “Portu” ilə də razılığa gəlib. “Qalatasaray” Sinan üçün “Portu”ya icarə haqqı olaraq 600 min avro ödəyəcək. Sinan Bolat isə bir illik xidməti müqabilində 2 milyon dollar qazanacaq. Proses tamamlandıqdan sonra Sinan İstanbula gələcək və müqavilə imzalanacaq.

Qeyd edək ki, “Qalatasaray” bu il də Çempionlar Liqasında çıxış edəcək. Klub əsas qapıçı Musleranın ola biləcək hər hansı zədələnməsindən sığortalanmaq üçün Sinan Bolatı heyətinə qatıb.