Qanuni oğru hamını təəccübləndirdi – (VİDEO)

Bu yaxınlarda Rusiyada saxlanılan 33 yaşlı azərbaycanlı “qanuni oğru” Albert Heydərovla bağlı maraqlı məqamlar üzə çıxıb.

“Qanuni oğru” barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin iddiası təmin edilməyib. A.Rıjıy ləqəbli “oğru” avqustun ən azı 30-dək təcridxanada saxlanılacaq. Onun məhkəməyə qədər 4 milyon rubl girov müqabilində azadlığa buraxılması barədə vəsatəti qəbul edilməyib.
İyulun 14-də saxlanılan A.Heydərova qarşı 2013-cü il 9 apreldə törətdiyi bildirilən soyğunçuluq faktına görə ittiham irəli sürülüb. Ancaq bu ittiham onu təəccübləndirib. Çünki o, artıq 2014-cü ilin mayında bu məsələ ilə bağlı ifadə verib. İfadədən sonra onu ancaq şahid kimi dindirdikləri bildirilib və azad edilib. Lakin çox keçmədən bu dəfə cinayəti törətmiş şəxs kimi polis tərəfindən saxlanılıb.
İstintaqın versiyasına görə, A.Heydərov 2013-cü ilin 9 aprelində Roman Məmmədov və Yevgeni Krasnov ilə birlikdə Peterburqa maşın almaq üçün gələn 2 nəfərə hücum edərək 1,88 milyon pulunu əlindən alıblar.
Ancaq A.Heydərov ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və cinayət baş verən zaman evində olduğunu deyib. Belə ki, cinayət günorta saat 12-də törədilib, azərbaycanlı “qanuni oğru” isə həmin zaman heç yuxudan durmadığını bildirib: “Mən günahkar deyiləm. Aprelin 9-da evdə idim. Bunu mənim oğlum və xanımım da təsdiq edər. Mən 12-dən tez yuxudan durmuram və evdən çıxmıram. Cinayətin isə saat 12-də törədildiyi bildirilir. Bu zaman mən evdə, yatağımda idim”.
Polisi təəccübləndirən bu ifadə “qanuni oğru”nun ailəsi tərəfindən təsdiqlənib. Bundan sonra ona qarşı quldurluq maddəsi üzrə ittiham irəli sürülüb. “Kriminal generala” qarşı 3 şahid ifadəsi alınıb. Ancaq bu şahidlərin şəxsiyyəti açıqlanmayıb. Onlar şərti ad altında istintaqa ifadə veriblər ki, bu da müdafiə tərəfinin narazılığına səbəb olub.
Müdafiə tərəfi A.Heydərovu cinayətkar dəstənin rəhbəri olduğunu deyən şahidlərin kimliyinin açıqlanmasını tələb edib. “Qanuni oğru”nun vəkili Dmitri Popovun sözlərinə görə, heç bir şahid hadisəni görməyib və buna görə də ifadələri yalandır.