Qarabağ əlilinin obyekti sökülüb

Obyekt

2-ci qrup Qarabağ əlili Nizami Məmmədov özü üçün 2004-cü ildə bələdiyyə sənədləri əsasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində torpaq sahəsi alıb.

XALQ.AZ-ın məlumatına görə, daha sonra aldığı torpaqda ev tikdirib. İllər keçdikdən sonra Qarabağ əlili çörək pulu qazanmaq məqsədilə evinin həyətyanı sahəsindən 25 kvadratmetr ayırıb və ticarət obyekti tikmək qərarına gəlib. Elə may ayında tikintisini başa çatdırdığı obyektdən bu ay istifadə etməyi nəzərdə tuturdu.

Ancaq bu, ona nəsib olmayıb, obyekt yerlə yeksan edilib. Sonradan məlum olub ki, onun tikilisi yerli icra nümayəndəsi tərəfindən sökülüb. Problemlə əlaqədar o, qəsəbə icra nümayəndəsinə müraciət edib, amma müraciətə baxan olmayıb.

Problemlə səbəbini Binəqədi Rayon İcra Hakimiyyətindən soruşduq. Qurumun mətbuat xidmətindən şifahi olaraq bildirildi ki, Nizami Məmmədov istənilən halda rayon icra hakimiyyətinə ərizə ilə müraciət etməli və tikdirdiyi obyektin Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Reyestri Xidmətindən çıxarışını icra hakimiyyətinə təqdim etməlidir.