“Qarabağ müharibəsi tezliklə bitəcək”

1

Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, millət vəkili Necdət Ünüvar Ankarada müalicə alan yaralı Azərbaycan əsgərlərinə baş çəkib.

Necdət Ünüvar Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan yaralıların vəziyyəti ilə maraqlanaraq, onlarla söhbət edib, xəstəxana rəhbərliyindən yaralıların vəziyyəti haqqında ətraflı məlumat alıb.

Millət vəkili yaralılarla söhbətində yaşanan müharibənin tezliklə bitəcəyinə inandığını və millət olaraq bunun üçün dua etdiklərini deyib.

“Müalicə üçün ölkəmizə gətirilən yaralı qardaşlarımıza qapılarımızn açılması Azərbaycana olan sevgimizin böyüklüyünü göstərir”, deyə millət vəkili bildirib.