Qarabağda erməni əsgər məhv edildi

Qarabağda təxribata cəhd edən erməni əsgəri məhv edilib.

XALQ.AZ ordu.az-a istinadən xəbər verir ki, fevralın 7-də, saat 13:50 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Hayk Razmik Kalantaryan məhv edilib.

Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.