“Qarabağdakı separatçıların lideri qaçıb siçan kimi gizlənib çıxsın ortalığa”-Prezident

“Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək?! Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!”

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Qarabağdakı separatçıların lideri barədə danışarkən deyib. 

“Onları iti qovan kimi qovuruq. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarımızda indi Azərbaycan bayrağı qaldırılır”.

“Biz yeni tarix yazırıq. Tarixi ədaləti bərpa edirik. Qarabağ bizim əzəli torpağımızdır”. Şuşada Paşinyan oyanyırdı indi ağ bayraq qaldırırlar.

“Onların səngərlərində Azərbaycan əsgəri dayanır. Onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük. Onların digər silahlı texnikası, yük maşınları bizim əlimizdədir. Biz xilaskar missiyamızı icra edirik və edəcəyik. Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki gec deyil. Bizə 7 şərt irəli sürür. Sən kimsən ki bizə şərt qoyursan?! İndi baxım görümnə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun”.