Qardaş qardaşı qətlə yetirdi

Silah

Beyləqanda qardaş qardaşını və onun həyat yoldaşını qətlə yetirib.

ANS PRESS-in Qarabağ bürosunun xəbərinə görə, Beyləqan rayon sakini, 1953-cü il təvəllüdlü Bəndəliyev Məmməd Əli oğlu aralarında torpaq sahəsinə görə yaranmış münaqişə zəmnində qardaşı, 1961-ci il təvəllüdlü Bəndəliyev Həsən Əli oğlunu və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Şükürova Mədinə Barat qızını odlu silahla qətlə yetirib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.