“Qarşı tərəf səhvlərini başa düşmədi” – VİDEO

Ötən gün həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın qayını danışıb.

“Günə son” proqramına açıqlama verən şəxs, qardaşının heç vaxt narkotik maddədən istifadə etmədiyini etiraf edib:

“Mümükün deyil, o insan nəinki narkotik, heç siqaret belə çəkmirdi. Əvvəllər qardaşımla münasibətləri yaxşı idi, qardaşım biraz qısqanc idi, deyirdi o şənliyə getmə, bu toya getmə, o da sözünə baxmırdı. Getsinlər, onlar öz səhvlərini fikirləşsinlər. Qardaşımın öz qazancı olub. İstəyirsiniz dost- tanışından soruşun. Qarşı tərəf səhvlərini başa düşmədi”.

Xatırladaq ki, ötən gün Yaqut Həşimovanı həyat yoldaşı Anarv Həşimov qətlə yetirib. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.

Yaqut Həşimova “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.