Qaşlarına görə ölümlə hədələnir

ABŞ-da yaşayan kiprli tələbə Sofiya Hacıpanteli qaşlarına görə, ölümlə hədələnir.

XALQ,AZ xəbər verir ki, model kimi fəaliyyət göstərən 21 yaşlı Sofiya sarısaçlı olsa da, qaşlarını qalın saxlayaraq onları qaraya boyayır.

Qeyri-adi görünüşə malik olan tələbəyə çoxsaylı reklam təklifləri gəlir. Ancaq Hacıpantelinin qaşlarını təmizləmədiyi üçün çirkin göründüyünü iddia edənlər də az deyil. Ənənəvi gözəllik anlayışını pozduğu üçün modelə ölüm təhdidləri belə edilir. Sofiya isə bu hədələrdən qorxmadığını deyir:

“Bu, bizdə irsidir. Instagram-da hər gün izləyici sayım artır. İnsanlar məni təhqir edərək qaşlarımın iyrənc göründüyünü, hətta onların zövqünü pozduğum üçün məni öldürəcəklərini yazırlar. Amma bunlar vecimə deyil və mən özümü belə gözəl hesab edirəm”.




 

 

 

Elgün