Qax şəhərində yol qəzası baş verib

07
Xalq.az-ın verdiyi məlumata görə, Qax rayonunun Cəlayir kənd sakini, 46 yaşlı Habil Nəzirov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil piyada yolunda olan işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü və onun sərnişini 51 yaşlı Qax rayon Qaxingiloy kənd sakini Camal Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralının vəziyyəti yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.