Qazaxda yaşlı kişi arvadını baltaladı

Balta

Ötən gün saat 11:30 radələrində Qazaxda yaşlı kişi arvadını dəhşətli şəkildə qətlə yetirib. Qazax rayon Prokurorluğundan verilən məlumata görə, İkinci Şıxlı kəndində yaşayan 1936-cı il təvəllüdlü Musa Musayev həyat yoldaşı 1933-cü il təvəllüdlü Gülşad Musayevanı qətlə yetib. Kişi balta ilə arvadının başını parçalayıb. Daha sonra cinayət izini itirmək üçün qadının meyidini yandırıb.

Kişi mətbəxtdə qadının meyidinin üstünə benzin töküb və yandırıb. Yanğın zamanı evin mətbəxti tamam kül olub.

Dəhşətli vəhşiliyi törədən kişi polis tərəfindən saxlanılıb. Araşdırmalar zamnı onun cinayəti övladları evdə olmayan zaman törətdiyi məlum olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən admaöldürmə maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.