Qazaxıstanda təyyarə qəzası: 14 ölü, 40 yaralı – Video

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu Fokker-100 təyyarəsi Alma-Atı hava limanı yaxınlığında qəzaya uğrayıb.

XALQ.AZxəbər verir ki. qəza nəticəsində 14 nəfər ölüb.

Qeyd edilir ki, hadisə zamanı daha 35 nəfər xəsarət alıb.

“Bek Air” şirkətinin qəza ilə əlaqəsinin olub-olmadığı araşdırılır və bu müddətdə şirkətin fəaliyyəti dayandırılıb.

Fokker-100 təyyarəsinin 23 ildir istismarda olduğu bildirilib.

Ölkə Prezidenti Qasım Jomart Tokayev ölənləri ailəsinə başsağlığı verib, günahkarların ciddi şəkildə cəzalanacağını vəd edib.

Alma-Atı hava limanı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 40-a çatıb.

Bu barədə hava limanını saytı məlumat yayıb.