QHT sədri : “Qanvermə orucu pozmur sadəcə iradə göstərmək lazımdır”

Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov ictimaiyyətə müraciət edərək müqəddəs ramazan ayında oruc tutan insanlara səslənib. O bildirib ki, qanvermə orucu pozmur və bunun üçün sadəcə iradə göstərmək lazımdır. Birliyin sədri bunuda qeyd edib ki, insanlar həmişə şikayətlənirdi ki gündüz saatlarında işdən çıxıb qanverməyə getmək və qayıtmaq zaman aparır. Bu da öz növbəsində çətinlik yaradır. Amma artıq Mərkəzi Qan Bankının fədakar əməkdaşları axşam saat 22:00-a qədər gecə növbəsində də, fəaliyyət göstərir. İnsanlarımız işdən və ya iftardan sonra rahatlıqla gedib qan verə bilərlər.