QHT sekrotundakı həbslər siyasi sifariş deyil

75

 

Müxalifət partiyaları bu gün ADP-nin qərargahında  tədbir keçirir. Tədbir təşkilatçıları toplantıya Yeni Azərbaycan Partiyasının da dəvət olunduğunu açıqlayıb. 

 

YAP icra katibinin müavini Siyavuş Novruzov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dəvət olunsalar da, tədbirə qatılmayacaqlar: “YAP-ı dəvət ediblər deyəndə ki, dünən axşamtərəfi partiyaya məlumat verilib. Bu da çox gec idi. Vaxtında bizə dəvət olmayıb. Buna görə də sözügedən tədbirdə iştirak etməyəcəyik. Tədbiri keçirsinlər görək nədir. Hər hansı bir toplantının keçirilməsi ilə əlaqədar öncədən tədbirin layihəsi təqdim edilir. Ciddi siyasi partiyalar onu öz ali orqanlarında müzakirə edib qərar verirlər. Bir telefon zəngi ilə durub qaçıb gəlib təşkilat yaradılarsa, o birliyin ömrü çox olmur”.

S.Novruzov tədbirdə müzakirə olunacaq məsələlər haqda danışıb: “QHT sekrotundakı həbslər siyasi sifariş deyil. Hər bir şəxs üzrə ittihamlar konkret maddələrlə göstərilib. Bunlar vergidən yayınma, ayı-ayrı dövlətlərdən qrant adı altında pul alınıb tamam başqa məqsədlərə sərf olunma və bir neçə şəxsin icazə olmadan Ermənistana gedib orada tədbirlərdə iştirak edib xüsusi təşkilatlarla görüşüb, kəşfiyyat və əks-kəşfiyyatla iş birliyində olmasıdır. QHT sektoru ilə bağlı hər hansı siyasi sifariş yoxdur. Seçkiyönümlü təşkilatları çıxmaq şərtilə QHT-lər siyasətlə məşğul olmamalıdır. Bəzi xarici təşkilatlar bu QHT-lər vasitəsilə Azərbaycandakı bir neçə parytiya və mətbuat orqanlarını maliyyələşdirir”.