Qırda batan inək xilas edilib

Inek

Bakıda qır bataqlığından ilişib qalan inək xilas olunub.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami rayoununda iri buynuzlu heyvan qır tullantıları olan ərazidə batıb. Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, iribuynuzlu heyvan qır tullantıları olan ərazidə batmış və sahibi tərəfindən çıxarılması mümkün olmayıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə heyvanı qır tullantılarından çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.