Qiymət artımı ilə bağlı büdcəyə yenidən baxıla bilər

“Dövlət büdcəsinin gəlirləri 3 istiqamətdən formalaşır: Neft Fondu, vergilər və rüsumlar. Bunların hamısını Milli Məclis tərəfindən qəbul edilir: vergi dərəcələri, rüsumlar və s. Tarif Şurasının qərarlarının dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir edəcəyi ilə bağlı həmkarlarım bəzi fikirlər səsləndirdi”.

XALQ.AZ  xəbər verir ki, bunu Milli Məclisin iclasında Iqtisadiyyat siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Tarif Şurasının qiymət qaldırmasının dövlət büdcəsinin gəlirlərinə ciddi təsir edəcəyini demək düzgün deyil:

“Büdcənin Milli Məclis tərəfindən təsdiq olunmuş gəlirləri nəzərdə tutulan gəlirlərdən 15% çox olarsa, may ayının 15-dən oktyabr ayının 15-dək büdcəyə yenidən baxılacaq”.