“Qiymətlərdə fərq cüzi olmalıdır” – Rüfət Quliyev

“Avtomobillərin ütilizasiyası iki problemlə bağlıdır. Birincisi, bu, ekoloji məsələdir. Köhnə maşınlar ekologiyada fəsadlar yaradırlar. İkincisi isə təhlükəsizliklə bağlı məsələdir. Qiymətlərdə fərq cüzi olmalıdır. Çünki bu gün artıq Azərbaycanda istehsal olunan maşınlar var. Onlar vergi güzəştlərini də nəzərə alsaq, nisbətən ucuz olacaq. Düşünürəm, Azərbaycan istehsalı olan avtomobilləri almaq insanlara daha çox sərf edəcək…”

Bu sözləri  Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat “utilizasiya avtomobillərin sayını azaltmağa xidmət edir, belə halda da zərbə kasıba dəyəcək” kimi yanaşmalara isə belə cavab verib:  “Təbii ki, problem yaradan daha köhnə maşınlar istifadədən çıxacaq. Amma onların yerini xaricdən gətirilən yeni, bir o qədər də köhnəlməyən maşınlar, eyni zamanda Azərbaycanda istehsal olunan maşınlar tutacaq. Proses bu cür tənzimlənməlidir. Müəyyən qədər köhnə maşınların sayında azalma getməlidir”.