Qonşusunu qətlə yetirdi

 

96

Qonşusunu bıçaqla qətlə yetirmiş Göyçay sakini tutulub.

ANS PRESS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 26-da Göyçay şəhərində yaşayan Rahim Məmmədov münaqişə zəminində qonşusu Elvin Adığözəlovu bıçaqla qətlə yetirib.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, onun sərxoş olması müəyyən edilib.