Quba: “ŞİMAL İNCİSİ”

2

 

Sən belə deyildin, əzəl ay Quba – REPORTAJ

 

Qubaya səfər edən bir qrup jurnalist rayonda görülən işlərlə yaxından tanış olub Sentyabrın 3-də bir qrup jurnalist Quba rayonuna səfər edib və rayondakı real vəziyyətlə əyani şəkildə tanış olmaq imkanı qazanıblar. Quba Rayon İcra hakimiyyətində, icra başçısı Mübariz Ağayev tərəfindən qəbul edilən media təmsilçiləri daha sonra rayonda son vaxtlar istifadəyə verilmiş obyektlərlə tanış olub, görülən işlərlə yerindəcə tanış olublar. Bunlar haqda daha ətraflı bir qədər sonra, hələliksə oxucularımıza Quba rayonu ilə bağlı ətraflı məlumat verək… Quba haqqında ümumi məlumat Quba, Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir. Buraya gələnlər Qəçrəş adlanan yeri çox bəyənirlər. Burada kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində istirahət etmək olar. Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi dünyada yalnız onların danışdığı öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız yerləşir. Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. İnkişaf etməkdə olan müasir Quba Rayon İcra hakimiyyətində olarkən jurnalistlərə Mübariz Ağayevin rayona rəhbərlik etdiyi son 1,6 illlik dövrdə həyata keçirilmş işlərin statitistikası tədim olundu. Həmin işlərlə bağlı aşağıda daha ətraflı məlumat verəcəyik. İndi isə diqqətimizi daha çox özünə cəlb edən bir məqam üzərində dayanmaq istərdik. Söhbət Quba İcra Hakimiyyətinin möhtəşəm və olduqca funksional inzibati binasından gedir. Məlumat üçün bildirək ki, həmin bina arxitektur quruluşuna görə respublikada yeganədir və burada olduqca maraqlı yeniliklərə imza atılıb. Burada yerləşən mərkəzdə Quba rayonunun ümumi modeli əks olunub ki, həmin model vasitəsilə rayondakı inkişafı asanlıqla müşahidə etmək mümkündür. Eyni zamanda mərkəzdə diqqətimizi çəkən daha bir yenilik isə rayonun istifadədə olan və boş torpaqlarını özündə əks etdirən elektron tablo oldu. Həmin tablonun köməkliyi ilə istənilən şəxs özünə lazım olan informasiyanı çox asanlıqla əldə edə bilər. RİH-nin inzibati binasının yüksək zövqlə inşa edilməsi və funksional olması isə binaya xüsusi əzəmət verir. Xatırladaq ki, bu bina da əksər digər yeni binalar kimi məhz Mübariz Ağayevin icra başçısı təyin olunmasından sonra ərsəyə gəlib. Quba: Gözəl və müasir rayon Qubadakı yeniliklərlə tanış olarkən, jurnalist dostlardan biri yarızarafat-yarıgerçək sual etdi ki, adam hərdən çaşıb qalır, bilmir ki, Azərbaycanın rayonundadır yoxsa Avropanın hansısa şəhərində… Əslində isə bu təəccübün kifayət qədər səbəbləri var. Gəlin, onlarla tanış olaq… Bu gün Qubadan söz düşəndə onun da adı simasını yaxşılığa doğru dəyişmiş rayonların sırasında çəkilir. “Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqram”larının son illər uğurla həyata keçirilməsi bu bölgənin sakinlərinə imkanlar açıb. Qubada indi elə bir sahə yoxdur ki, orada dövlət qayğısı hiss olunmasın. Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun tikilib istifadəyə verilməsi, Qubanın 30-dan çox kəndinə yeni yolların və digər kəndlərində torpaqtökmə işlərinin görülməsi, rayondaxili yollara asfalt çəkilməsi, yeni sosial obyektlərin inşası, su-kanalizasiya, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, ən əsası 33 dövlət əhəmiyyətli obyektlərin son 6 ayda tikilməsi, Şəhidlər Xiyabanının yenidən qurulması və sair işlər bu dediklərimizə əyani misaldır. Son vaxtlar Quba şəhərində çoxmərtəbəli yaşayış evlərinin tikilməsi, evlərin dam və fasadların pulsuz qurulması və yaşıllıqların artması sakinlərdə haqlı qürur hissi doğurur. Sən belə deyildin, əzəl ay Quba… Məşhur mahnıda deyildiyi kimi Quba doğurdan da belə deyildi. Qubaya rəhbər təyin olunan Mübariz Ağayevin və komandasının fədakarlığı nəticəsində bu gün Quba respublikanın öndə gedən şəhərləri sırasına çıxmağı bacarıb. Bəli, bu gün Quba sanki yenidən qurulur. Bu yenidənqurmaya hər bir Qubalı öz töhfəsini verməyə çalışır. Bu mənada rayonun uğurlu gələcəyinə inanmamaq mümkün deyil. Quba rayonunda bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Ölkəmizin ən mühüm turizm bölgələrindən olan Qubaya hər gün müxtəlif xarici ölkələrdən qonaqlar gəlir, onlar rayonun görməli yerləri ilə, “Soyqırım” Abidə kompleksi ilə, rayonda yaşayan azsaylı xalqların adət-ənənələri ilə tanış olurlar. Heydər Əliyev adına parkının, Gənclər mərkəzinin, Bayraq meydanının qısa müddət ərzində, həm də yüksək zövqlə tikilib istifadəyə verilməsi isə xüsusi vurğulanmağa layiq hadisələrdəndir. Tarixi gözəlliyin qorunub saxlanılması şərtiylə müasirləşən Qubamızla sözün əsl mənasında fəxr etməyə dəyər.

 

 

1 3 4 5 6 7 8 9 10 11 12 13   15 16 17 18 1914

20 21