Quba yolunda “Mercedes” aşdı

mersedes

Azərbaycanda ağır yol hadisəsi qeydə alınıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə Bakı-Quba magistralının 51-ci kilometrliyində baş verib.

22 yaşlı Emin Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomaşın yolda aşıb.

Qəza nəticəsində onun anası, 42 yaşlı Sevinc Abdullayeva və qardaşının həyat yoldaşı, 21 yaşlı Nişanə Abdullayeva həlak olub.

Sürücünün özü və qardaşı, 23 yaşlı Hümbət Abdullayev isə yaralanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.