Qubada “Bilik günü”

233

 

XALQ.AZ xəbər verir ki, tikintisinə ötən il başlanılan Quba rayonun Küpçal kənd ümumi orta məktəbi bu gün istifadəyə verilib. Açılış mərasimində rayon rəhbərliyi, məktəbin müəllim və şagird kollektivi eləcədə kənd sakinləri iştirak edib.  Mərasimdə çıxış edənlər ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açıb, son illər bu sahədəki inkişafdan danışıblar.

Yeni inşa olunan təhsil müəssisəsi 2 mərtəbəli, 180 şagird yerlikdir. 1710 kv metr ərazini əhatə edən məktəb bütün müasir standartlara cavab verir. Təhsil ocağında 11 sinif otağı ilə yanaşı komputer, kimya və fizika laboratoriyası  və idman zalı var.

Bu gün Küpçal kənd  ümümi orta məktəbi ilə yanaşı Qubanın Aşağı Atuc kənd orta məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib. 1990-cı ildə tikilib istifadəyə verilən təhsil ocaqının qapıları pəncərələri, tavanı və dam örtüyü əsaslı təmir edilib. Bu tədris ili boyunca Quba rayonunda daha 5 yeni tikilən məktəb binasının şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub.