Qubada şəhid ailələri və qazilərə bayram sovqatı paylanılıb

Millət vəkili Vahid Əhmədovun təşəbbüsü ilə hər il olduğu kimi, bu il də, Quba rayonunda şəhid ailələri və qazilərə Qurban bayramı öncəsi bayram sovqatı paylanılıb. Vahid Əhmədovun göstərişinə uyğun olaraq, millət vəkilinin səlahiyyətli nümayəndəsi şəhid və qazi ailələrinin evlərini ziyarət edərək, onları narahat edən məsələlərlə maraqlanıb.
Qurban payı alan şəhid və qazi ailələri kəsilən qurbanların Allah tərəfindən qəbul olmasını diləyərək, millət vəkilinə şəhid və qazi ailələrinə göstərdiyi xüsusi diqqətə görə minnətdarlığını bildirib.