İran İslam Respublikasının Təbriz şəhərindəki beynəlxalq sərgi salonunda Qurani-Kərim sərgisi açılıb.
Quran təfsirlərinin yeni nəşrləri ilə yanaşı, burada, müxtəlif mədəniyyət və incəsənət tədbirlərini təqdim etmək üçün 1000 kvadratmetr ərazi ayrılıb.
Sərgidə din və Quran mövzuları ilə əlaqədar 750-dən çox kompyüter proqramlarının, foto, xəttatlıq, rəssamlıq, xalçaçılıq və başqa sənət növlərinin nümunələri tamaşaçılara təqdim ediləcək.
Sərgidə İranın tanınmış natiqlərinin iştirakı ilə Qurani-Kərimdən ayələrin oxunması məclisi təşkil ediləcək, elmi söhbətlər aparılacaq.
Sərgi iyulun 14-dək davam edəcək.