Qurd vəzifəyə təyin olundu

Qurd ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.

XALQ.AZ xəbər verir ki, F. Eminova Agentlikdə Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə şöbənin rəhbəri təyin edilib.

BNA-dan bu məlumatı təsdiqləyiblər.