Rəfiqə Axundova “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Rəfiqə Hacı qızı Axundova “Şöhrət” ordeni ilə təltif edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sabah-avqustun 7-də R.Axundovanın 90 yaşı tamam olur.

Qeyd edək ki, Azərbaycan balet artisti, baletmeyster, Xalq artisti Rəfiqə Hacı qızı Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub.

O, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib. Azərbaycan Opera və Balet Teatrının solisti (1951–1971), 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri olub.