“Rəqabət Məcəlləsi ilə bağlı komitəyə 60 təklif verilib” – Deputat

“Rəqabət Məcəlləsi ilə bağlı komitəyə 60 təklif verilib.Təkliflərin bəziləri ümumi razılaşdırma mərhələsindədir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

“Müəyyən dəyişikliklərin olması da gözlənilir”, – deyə komitə sədri bildirib.