Rəşad Mahmudov 25 günlük körpəni belə xilas etdi-Əməliyyatdan çəkiliş

Ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad Mahmudovun rəhbərliyi altında 25 günlük körpədə uğurlu əməliyyat icra olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə 25 günlük anadagəlmə ürək qusurlu olan körpə Xədicənin üzərində ağır əməliyyat keçirilib. . XALQ.AZ -a verilən məlumata görə körpənin xəstəliyi doğulmamış aşkar olunmuşdur lakin uşaq dünyaya gəldikdən sonra həkimlər əməliyyat etməkdən imtina etdilər. Valideynləri bildirir ki, 25 günlük körpə sadəcə yaşamaq mübarizəsi aparırdı. Mərkəzi Gömrük Hospitalında ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad Mahmudov  körpəni riskli əməliyyata alır və ağır keçən əməliyyatdan sonra  körpənin  bütün ürək qüsürları, defektləri aradan qaldırılır.Əməliyyatdan    sonra körpə sağlam evə buraxılır. XALQ.AZ bildirir kI,ürək qüsurlu yenidoğulmuşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən əsaslı tədbirlərin həyata keçirildiyini vurğulayan t.ü.e.d. Dr. Rəşad Mahmudov  artıq  körpələr üzərində də belə mürəkkəb ürək əməliyyatlarının aparılması mümkündür.

Körpənin valideynləri Heydər Əliyev Fonduna və Mərkəzi Gömrük Hospitalına öz təşəkkürlərini bildirirlər.

Orxan