Rəşad Mahmudov Milli Məclisidə tibb işçilərinin problərindən danışdı

Milli Məclisin deputatı Rəşad Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını təklif edib. 

XALQ.AZ-ın məlumatına görə, deputat parlamentdə qeyd edib ki, məhkəmə qərarı olmadan səhiyyə işçilərinə qarşı ittihamlar irəli sürülür: “Bu da onların nüfuzuna və gələcəkdə xaricə getməsinə şərait yaradır. Mən təklif edirəm ki, mətbuatda Azərbaycan səhiyyə işçilərinin adları çəkilərək məlumatların  verilməsinin qarşısı alınsın”. 

R. Mahmudov əlavə edib ki, ona bu barədə tibb işçiləri müraciət ediblər.