Rəşad Mahmudov qazimizin səhhəti ilə maraqlandı-Fotolar

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət Vəkili Rəşad Mahmudov Respublika Klinik Xəstəxanasında qazi Sərdar Gülmirzə oğlu Fərhadovu ziyarət edib.



XALQ.AZ
xəbər verir ki, Rəşad Mahmudov və xəstəxananın tibb heyəti birgə müzakirələrdən sonra qazimizin umumi səhətində ciddi problemin olmadığı və ayağında olan İlizarov aparatının təqribən bir ay sonra ayrılması planlaşdırıldığı qeyd edilib.

Millət vəkili Qazi Sərdar Fərhadova göstərdiyi şücaətlərinə görə təşəkkür edib, tezliklə sağalaraq ayağa durması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib. Ən qısa zamanda sağalaraq onun ailəsinin, doğmaları və dostlarının yanına qayıtmağı və fəaliyyətinə davam etməyi arzulayıb.