Rəşad Mahmudov seçicilərin probləmlərini həll etdi-Fotolar

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədr müavini, 77 saylı Astara seçki dairəsinin deputatı Rəşad Mahmudov Novruz Bayramı ərəfəsində Astara şəhərində seçiciləri qəbul edib.

XALQ.AZxəbər verir ki, qəbul Yeni Azərbaycan Partiyasının Astara rayon ilk Partiya Təşkilatının İnzibati binasında baş tutub. İlk növbədə Şəhid ailələri və qazilər dinlənilib və problemləri həll olunub.Qəbul zamanı seçicilər məşğulluq və işsizlik, əlilliyin təyinatı, sosial müavinət, su təsərrüfatı, yolların bərpası, səhhətlərindəki problemin müalicəsi və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər. Deputat Rəşad Mahmudov hər bir seçicisinin müraciətini diqqətlə dinləyib və bəziləri yerindəcə həllini tapıb, digərləri aidiyyəti üzrə müxtəlif qurumlara ünvanlandırılıb. Sonda millət vəkili bir daha seçiciləri Novruz bayramı münasibəti ilə təbrik edərək, hər birinə möhkəm can sağlığı və işlərində uğurlar arzu edib.

XALQ.AZ