Rəşad MAHMUDOV: Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə əlaqələrini daha da dərinləşdirmək üçün mühüm yol xəritəsidir

Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi diqqət çəkir. Şübhəsiz ki, tarixə əsaslanan bu mühüm sənədin imzalanması ilə Azərbaycan və Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə daxil olur. Bəyannamədə böyük lider və öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin öz əksini tapması isə XXI əsrdə bu qardaşlığın əbədi və dönməz olmasından, strateji müttəfiqlik münasibətlərinə xüsusi əhəmiyyət verilməsindən xəbər verir.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, bu Bəyannamə, eyni zaman­da, 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərir. Başqa sözlə, Azərbaycan və Türkiyə bütün potensial gücünü Bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədini qarşıya əsas hədəf kimi qoyur.

Milli Məclisin deputatı fikirlərini davam etdirərək qeyd edib ki, Türkiyənin qısa vaxtda Şuşada baş konsulluğunu aç­maq istəyi də qardaş ölkənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Bu, həm də Azərbaycanın güclü-qüdrətli bir dövlət kimi dünyada nüfuzunun daha da artmasını, beynəlxalq aləmdə söz sahiblərindən biri kimi tanınmasını şərtləndirir.

“Şuşa Bəyannaməsindən danışarkən, bir məqama da xüsusi toxunmaq istərdim. Vətən müharibəsindəki parlaq Qələbəmizin əsasında bir sıra amillərlə yanaşı, son illərdə ordu quruculuğunun inkişafı istiqamətində gerçəkləşdirilən layihələr də xüsusi yer tutub. Silahlı Qüvvələrimiz inkişaf et­miş texnologiyalardan peşəkar şəkildə istifadə edib. Bununla da Azərbaycan Vətən müharibəsində müasir döyüş tari­xinin tamamilə yeni bir parlaq səhifəsini yazıb. Əməliyyatların zirvəsində isə Şuşa savaşı xüsusi yer tutub. Bu sözləri ona görə deyirəm ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, eyni zamanda, bir daha göstərir ki, Azərbaycan və Türkiyə indiyədək olduğu kimi, bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcək”, – deyə R.Mahmudov vurğulayıb.

Milli Məclisin deputatı daha sonra deyib: “Şuşa Bəyannaməsində Silah­lı Qüvvələrimizin yeni çağırışlara uy­ğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi xüsusi diqqət çəkir. İki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, mü­asir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, Bəyannamədə bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşı­lıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq Qələbə ilə başa çatdırmasını şərtləndirən bir neçə amilə nəzər salsaq, bunu aydın görə bilərik. Həmin amillərə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleri­ya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər”.

Milli Məclisin deputatı onu da bildi­rib ki, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi məsələsinə xüsusi yer ayrılıb. Bəyannamənin imzalanmasından son­ra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu barədə bəhs edərək bildirib ki, sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir. Bu gün Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, hətta əməli, praktiki işlərlə bu dəhliz yaradılır. Müttəfiqlik haqqında imza­lanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmir yolu xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə