Rəşad Mahmudov unikal əməliyyat keçirdi -Yaşaması imkansız olanı həyata qaytardı….

 Milli Məclisin deputatı  t.e.d.. ürək-damar cərrahı Rəşad Mahmudov unikal əməliyyat həyata keçirib. Belə ki,anadangəlmə bir ürək klapanlı olan yaşaması üçün ümüd olmayan pasiyent artıq sağlam yaşayacaq.
 Bunu  Tibb elmləri doktoru Rəşad Mahmudov sosial hesabında yazıb.   
XALQ.AZ unikal əməliyyat haqqında məlumatı və körpə qızın həyatı və sağlamlığı haqqında məlumatı təqdim edirik:
Onun adı Zuleyxa!
Qubanın Möhüc kəndində təkkameralı  ürəklə doğulmuşdu. Yaşaması imkansızdır, demişdilər. Onun kiçik və yarımçıq ürəyi üçün hamımız səfərbər olmuşduq. Heydər Əliyev Fondunun köməyi ilə hələ 3 aylığında (2014-cü ildə) birinci mərhələ ürək əməliyyatını icra etmişdik. 6 il əvvəl ikinci mərhələ ( (Gleen)10 gün əvvəl isə üçüncü və sonuncu mərhələ əməliyyatını    (Fontan) həyata keçirdik. Hər şey qaydasındadır səhhəti normaldır.
O və ailəsi bizdən, biz isə başda Allahdan, sonra isə bu illər ərzində çətin, riskli və məsuliyyətli işlərin görülməsində bizi tək buraxmayan xeyriyyəçi dostlarımızdan və dövlətimizdən çox razıyıq deyə Rəşad Mahmudov bildirib.